Şimanskidən rekord
“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski uğurlu çıxışını davam etdirir. Klub onun üçün tələb olunan transfer haqqını yeniləyib.
“Sarı-göylülər” müştəriləri artan Şimanskinin transfer qiymətini rekord həddə çatdırıb. “Bayer”, “Arsenal”, “Mançester Yunayted” və “Tottenhem”in iddialarından sonra Şimanski ilə ən son maraqlanan komandanın “Milan” olduğu iddia edilib.
Daha əvvəl polşalı futbolçunun transfer qiymətini 20 milyon avro olaraq təyin edən “Fənərbaxça”nın bu rəqəmi 25 milyon avroya yüksəltdiyi bildirilib.