Evertonun 4 xalı qaytarıldı
İngiltərə Premyer Liqası “Everton”un hesabından silinən xallardan 4-nü qaytarıb. Liverpul təmsilçisinin apelyasiya şikayətinə baxıldıqdan sonra İcraiyyə Komitəsi belə qərar verib.
Müraciəti müsbət nəticələnən klub cəzanın bir qismindən azad olub. Xatırladaq ki, 2023-cü ilin noyabrında Premyer Liqa maliyyə feyr-pleyi pozuntularına görə “Everton”un 10 xalını silmişdi.