“Sevilya”nın baş məşqçi postuna namizəd

“Sevilya”nın baş məşqçi postuna namizəd

“Sevilya”nın baş məşqçi axtarışları davam edir. Kike Sançez Florez kluba rəhbərlik edə bilər.

O, bu posta ən real namizəddir. Danışıqlar ilkin mərhələdədir. İspaniyalı mütəxəssisin xeyrinə olan əsas amillərdən biri onun La Liqa təcrübəsinin olmasıdır.

58 yaşlı çalışdırıcının təyinatı gələn həftənin əvvəlində açıqlana bilər. Müqavilənin müddəti müzakirələrə səbəb olur.

ETOPAZ

Əvvəlki yazı

Mirançuk “Atalanta”da qalacaq

Növbəti yazı

Ronaldinyo ən yaxşı seçildi