Mirançuk “Atalanta”da qalacaq
“Atalanta”nın yarımmüdafiəçisi Aleksey Mirançukun durumuna aydınlıq gəlib. O, komandada qalacaq.
Futbolçu qış transfer pəncərəsində klubu tərk etməyəcək. Onunla yalnız “Torino” maraqlanır. Lakin berqamaolular potensial müqavilənin şərtlərindən razı deyil.
Mirançukun “Atalanta” ilə sözləşməsi 2025-ci ilin yayına qədər qüvvədədir. Bu mövsüm 28 yaşlı rusiyalı A Seriyasında və Avropa Liqasında 10 oyun keçirib, 2 məhsuldar ötürmə edib.