Serxio Ramosdan 27-ci qırmızı vərəqə

Serxio Ramosdan 27-ci qırmızı vərəqə

Serxio Ramos karyerasında 27-ci qırmızı vərəqəni alıb. İspaniyalı müdafiəçi Fransa Liqa1-də “fərqlənib”. PSJ-nin futbolçusu XIX turun “Loryan”la ev matçında cəzalanıb. Ramos 1:1 hesabı ilə başa çatan görüşün 85-ci dəqiqəsində qırmızı vərəqə görüb.

Bu, Serxionun PSJ-nin heyətində ilk, ümumilikdə 27-ci dəfə meydandan qovulmasıdır. Əvvəlki qırmızı vərəqələrini “Real”da alan müdafiəçi üçün Paris təmsilçisində ilkə imza atmağa debütündən sonra cəmi 130 dəqiqə kifayət edib.

ETOPAZ

Əvvəlki yazı

Benzema Ronaldonu keçdi

Növbəti yazı

“Barselona”dan rekord