“Barselona”dan rekord

“Barselona”dan rekord

“Barselona” Avroliqanın rekordunu təkrarlayıb. Bu, XVII turun UNİKS-lə oyununa təsadüf edib.

Əlavə vaxtda 111:109 hesabı ilə qalib gələn İspaniya klubu cərimə atışlarından 42 xal toplayıb. Barselonanın eyniadlı təmsilçisi bu göstəricidə klub rekorduna imza atıb və Avroliqanın ən yüksək göstəricisini təkrarlayıb.

Turnirin tarixində 4-cü dəfə bir oyunda komandalardan biri 42 xalı cərimə atışları ilə toplayıb. 2003-cü ildə “Makkabi”, 2006-cı ildə “Panatinaikos”, 2007-ci ildə “Sibona” buna nail olub. Bu komandalarla müqayisədə “Barselona” daha az – cəmi 44 atışda 42 dəfə dəqiq olub.

e-Topaz

Əvvəlki yazı

Serxio Ramosdan 27-ci qırmızı vərəqə

Növbəti yazı

Millimizin FİFA reytinqində mövqeyi dəyişmədi