“Şarlott” debütantla anlaşdı

“Şarlott” debütantla anlaşdı

“Şarlott” klubu Ksavye Snidi heyətinə cəlb edib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Hücumçu ilə “Hornets” arasında müqavilə imzalanıb. 23 yaşlı oyunçu ilə anlaşmanın detalları açıqlanmayıb.

Kanzas Siti Universitetinin yetirməsi olan Snid 2016-20-ci illərdə bu komandada çıxış edib. O, “Hornets”in heyətində Yay Liqasında 4 oyunda iştirak edib.

Basketbolçu hər görüşdə orta hesabla 6,3 xal toplayıb. Snidin NBA-da debütü qarşıdakı mövsümə təsadüf edəcək.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”un futbolçusu qəza törətdi

Növbəti yazı

Günün kuponu – 23.09.2021