Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Günün kuponu – 23.09.2021
“Kadiz” – “Barselona” – Q/Q
“Barselona” ötən tur öz meydanında “Qranada” ilə 1:1 oynamaqla sürpriz xal itkisi ilə üzləşdi. Heyətdəki itkilər qalmaqdadır: Aquero, Pedri, Braytvayt və Dembele “Kadiz”ə qarşı da oynamayacaq. Bu üzdən “Barsa”nın qələbəsinə ehtiyatla yanaşıram. Hətta oyun 2 gəlsə belə, fikrimcə, “Kadiz” “Barsa”ya qarşı son 2 ev oyununda olduğu kimi yenə qol vuracaq. Oyun 2 ilə müqayisədə daha yüksək əmsallı “qol/qol” variantına üstünlük verirəm.
“Torino” – “Latsio” – 2,5 üst
Bu komandaların Turindəki son oyunları adətən məhsuldar keçir. İlk 4 turdan sonrakı göstəricilər də bundan xəbər verir : “Latsio” 4 oyuna 11, “Torino” 7 qol vurub. Fikrimcə, oyun 2,5 üst variantı daha real görünür.
“Fənərbaxça” – “Giresunspor” – 1
Superliqada son 2 turda və Avroliqada “Ayntraxt”la görüşdə qələbə qazana bilməyən “Fənərbaxça”nın növbəti xal itkisi real görünmür. Hələ rəqib 5 oyunda cəmi 1 xal qazanan və ümumiyyətlə, qol vurmayan “Giresunspor”dursa. Məncə, bu komanda ilə əvvəlki 7 dueldə olduğu kimi “Fənərbaxça” yenə qalib gələcək.
Günün kuponu
“Kadiz” – “Barselona” – Q/Q – 1,74
“Torino” – “Latsio” – 2,5 üst – 1,68
“Fənərbaxça” – “Giresunspor” – 1 – 1,35
Yekun əmsal: 3,94