Sançeş “Milan”la razılığa gəldi
“Lill”in yarımmüdafiəçisi Renato Sançeş karyerasını A Seriyasında davam etdirəcək. O, “Milan”a keçməyə çox yaxındır.
24 yaşlı portuqaliyalının transferi “rossonerilər”ə 18-20 milyon avroya başa gələcək. Daha əvvəl “Milan”la Sançeşin müqavilə ilə bağlı şifahi razılığa gəldiyi məlum olub.