“San-Antonio”da ikinci seriya

“San-Antonio”da ikinci seriya

“San-Antonio” “Bruklin”lə qarşılaşmada 102:117 hesabı ilə uduzub. Bu görüşdə “Spers”in basketbolçusu Dedjonte Mürrey tripl-dabla imza atıb. O, 25 xal, 12 ribaund və 10 ötürməyə imza atıb.

Bu, Mürreyin ardıcıl ikinci tripl-dablıdır. O, “San-Antonio”nun tarixinə ardıcıl iki matçda buna nail olan ikinci oyunçusudur. Onadək Devid Robinson belə uğura imza atıb.

Klub tarixində hamıdan çox – 14 tripl-dabl edən Robinsonun aktivində iki belə ikioyunluq seriya var. Dedjonte 13 dəfə tripl-dabl müəllifi olub.

Qeyd edək ki, Mürrey bundan əvvəlki “Tander”lə matçda 23 xal, 10 ribaund və 14 ötürməylə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

PSJ-nin qapıçısı İspaniya klubunda

Növbəti yazı

Fati üç ay oynamayacaq