Fati üç ay oynamayacaq
“Barselona”nın futbolçusu Ansu Fatinin durumuna aydınlıq gəlib. İspaniya kubokunun 1/8 final mərhələsinin “Atletik”lə görüşündə (2:3) zədələnən hücumçu tibbi müayinədən keçib.
19 yaşlı ispaniyalı əməliyyat olunub-olunmaması barədə qərarı özü verməlidir. Cərrahi müdaxilə olunsa, Fati üç ay meydandan kənar qalacaq.
Qeyd edək ki, Ansu cari mövsümün 10 oyununda 5 qol vurub.












