Salaha rekord təklif

Salaha rekord təklif


İngiltərənin “Liverpul” klubu futbolçusu Məhəmməd Salahla müqaviləni uzatmağa qərar verib. Premyer Liqa klubu misirli hücumçu ilə danışıqlara başıayıb. Tərəflər razılığa gəlsə, Salah “Liverpul”un tarixində ən yüksək ödənişli futbolçu olacaq.
Hazırkı müqaviləsi 2023-cü ildə başa çatacaq forvard həftədə 233 min avro qazanır. 29 yaşlı afrikalıya bu anlaşmanı daha iki il müddətinə uzatmaq təklif olunub. 2017-ci ildən mersisaydlıların formasını geyinən Salah yeni müqavilə ilə əvvəlkindən daha yüksək qazanc əldə edəcək.

ETOPAZ

Əvvəlki yazı

ABŞ tennisçisi dopinqə görə cəzalandı

Növbəti yazı

NBA-da ən yaxşılar açıqlandı