Salah ilin futbolçusu seçildi

Salah ilin futbolçusu seçildi

Muhammed Salah İngiltərədə ilin futbolçusu seçilib. “Liverpul”un və Misir millisinin hücumçusu jurnalistlər arasında səsvermənin qalibi olub.

Respondentlərin 48 faizi səsini Salaha verib. “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Breyne ikinci, “Vest Hem”in üzvü Deklan Rays üçüncü olub.

Qeyd edək ki, Muhammed bu mükafata ikinci dəfə layiq görülüb. O, 2018-ci ildə də jurnalistlər tərəfindən ilin ən yaxşısı seçilib.

ETOPAZ

Əvvəlki yazı

Devin Buker meydana döndü

Növbəti yazı

Torresə daha bir müştəri