Salah iki oyunu buraxacaq
Məhəmməd Salahın durumuna aydınlıq gəlib. Misir millisinin və “Liverpul”un futbolçusu zədə üzündən iki oyunu buraxacaq.
31 yaşlı vinger Afrika Millətlər Kubokunun Qana ilə görüşündə zədələnib. II turun qarşılaşması 2:2 hesabı ilə bitib.
Salah qrupdakı son matçı və komandası 1/8 finala yüksələcəyi halda həmin oyunu buraxacaq. Onun 1/4 finalda meydana çıxması mümkündür.
İki turdan sonra iki xala malik Misir millisi Mozambiklə görüşəcək. Bu matç yanvarın 22-də keçiriləcək.