Messinin arzusu

Messinin arzusu

Argentina millisinin futbolçuları Lionel Messi və Anhel di Mariya Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilər. Yığmanın heyətində dünya çempionu olan ulduzların hər ikisi Fransa paytaxtındakı yarışda da oynamaq qərarına gəlib.

Bunun üçün Argentina millisi Olimpiadaya vəsiqə qazanmalıdır. Paris-2024-də yığmaya Xavyer Maskerano baş məşqçilik edəcək.

Olimpiya Oyunlarında milli komandalarda yaşı 23-dək olan futbolçular forma geyinə bilər. Lakin hər yığma yaşı daha çox olan 3 oyunçunun xidmətindən yararlanmaq hüququna malikdir.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan 11 pilləlik irəliləyiş

Növbəti yazı

Salah iki oyunu buraxacaq