Salah Droqbaya çatdı
“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının rekordunu təkrarlayıb. O, turnirdə ən çox qol vuran afrikalı adına şərik çıxıb.
Salah “Liverpul” – “Real” matçında fərqlənib. Bu, forvardın turnirdə 44-cü qolu olub. Bununla da o, “Çelsi” və “Qalatasaray”ın sabiq futbolçusu Didye Droqbaya çatıb.
Qeyd edək ki, “Real” səfərdə 5:2 hesablı qələbə qazanıb.