Salah ən yaxşı seçildi

Salah ən yaxşı seçildi

Premyer Liqada oktyabrın ən yaxşısı bəlli olub. Bu ada “Liverpul”un hücumçusu Məhəmməd Salah sahib çıxıb.

Ay ərzində keçirilən 3 matçda misirli beş qol vurub və mersisaydlıların yeddi xal qazanmasına kömək edib. Oktyabrda “Liverpul” “Brayton” (2:2), “Everton” (2:0) və “Nottingem Forest” (3:0) ilə qarşılaşıb. Salah üçün bu mükafat karyerasında 5-ci olub.

ETOPAZ

Əvvəlki yazı

Qrimaldo milliyə çağırıldı

Növbəti yazı

Günün kuponu – 11.11.2023