“Sakramento”dan 17 ilin rekordu 

“Sakramento”dan 17 ilin rekordu

“Sakramento” “Memfis”lə qarşılaşıb. “Kinqz” bu matçda 113:109 hesabı ilə qalib gəlib.
Bununla da “Sakramento”nun qələbə seriyası 7 oyuna çatıb.

Bu, 2005-ci ildən sonra klubun ən yaxşı seriyasıdır. “Kinqz” son 17 ildə ardıcıl 7 qələbə qazanmamışdı.


Mayk Braunun yetirmələri mövsümə 4 məğlubiyyətlə başlasa da, hazırda Qərb konfransında üçüncü sırada qərarlaşıb. Komandanın 10 qələbəsi və 6 məğlubiyyəti var.


Qeyd edək ki, son 16 ildə pley-offa yüksəlməyən “Sakramento” bu göstəricidə NBA-nın antirekordçusudur.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 24.11.2022

Növbəti yazı

Qvardiola “Mançester Siti” ilə yeni müqavilə imzaladı