Sakkari və Kontaveytdən qələbə
Sankt-Peterburqda keçirilən WTA-500 turnirində 1/8 final mərhələsi start götürüb. Artıq mərhələnin 2 qalibi bəllidir. Bunlar Mariya Sakkari və Anett Kontaveytdir. Yarışın favoritlərindən olan tennisçilər 1/8 final mərhələsini adlaya bilib. Sakkari Yekaterina Aleksandrovaya qalib gəlib – 6:2, 6:4. Kontaveyt isə Sorana Kristyadan güclü olub – 6:4, 7:5.