Günün kuponu – 10.02.2022
“Liverpul” – “Lester” – ALT4.5
Mane və Salahın yoxluğunda inamlı təsir bağışlayan “Liverpul” Liqa Kubokunda finala, İngiltərə Kubokunda isə 1\8 finala adladı. İndi legionerlər kluba qayıtsa da, onların müəyyən mənada yorğun olduğunu unutmaq olmaz. 10-cu pillədə qərarlaşan “Lester” daxili kubok yarışlarında uğursuzluğa düçar olub. Avropa Liqasında isə uduzaraq UEFA Konfrans Liqasına enib. Son oyunda “Lester”in qalib gəlməsinə baxmayaraq indi mersisaydlılar favorit hesab olunur. Bu oyunda meydan sahiblərinin 2 top fərqi ilə qələbəsini gözləyirəm.
“Atletik” – “Valensiya” – ALT2.5
İspaniya Kubokunda yarımfinal iki matçdan ibarətdi. Ona görə ilk oyunda tərəflərin açıq futbol oynayacağı real görünmür. Digər tərəfdən “Atletik” doğma meydanda nadir hallarda qapısından top buraxır.Bilbao təmsilçisinin uduzmayacağını düşünürəm.
“Nant” – “Bastiya” – 1
Fransa Kubokunda 1\4 final görüşü. “Nant” Fransa çempionatında 32 xalla 10-cu yerdədir. Mövqeyi bütün fikrini kuboka yönəltməyə imkan verir. Kubokda ardıcıl üç qələbə qazanan meydan sahibləri qapısını toxunulmaz saxlamağı bacarıb. İkinci divizionda işləri yaxşı getməyən “Bastiya” əvvəlki mərhələdə “Reyms”i yarışdan uzaqlaşdırdı. Bununla belə “Nant”ın evdə qələbə qazanacağını fikirləşirəm.