Sakkari “100”ə çatdı

Sakkari “100”ə çatdı

Mariya Sakkari qadın tennisçilərin dünya reytinqində uğurlu seriyaya imza atıb. Yunanıstanlı tennisçi ardıcıl 100 həftədir “Top-10”da yer alır.

O, WTA-nın son cədvəlində 8-ci olub. Sakkari 2021-ci ilin sentyabrın 10-da ilk dəfə “Top-10”a düşüb. Onun ən yaxşı nəticəsi 3-cü yerdir.

Qeyd edək ki, dünya reytinqinin lideri polşalı İqa Şventekdir.

ETOPAZ

Əvvəlki yazı

Maunt 2 oyunu buraxacaq

Növbəti yazı

“Brayton” ”Arsenal”ın futbolçusunu istəyir