Şakiri “Çikaqo Fayr”la anlaşdı

Şakiri “Çikaqo Fayr”la anlaşdı

Cerdan Şakiri Fransa “Lion”undan ayrılacaq. Yarımmüdafiəçi karyerasını MLS-də davam etdirəcək.

30 yaşlı isveçrəli “Çikaqo Fayr”la anlaşıb. ABŞ təmsilçisi onun keçidi üçün 7 milyon avro ödəyəcək.

Qeyd edək ki, ötən yay “Liverpul”dan “Lion”a keçən Şakiri yeni klubunda 11 oyunda 2 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

A seriyası klubları üçün turnir

Növbəti yazı

Dembelenin oynamasına icazə verildi