A seriyası klubları üçün turnir
A seriyası Şimali Amerikada turnir keçirəcək. Yarış DÇ-2022-nin keçirildiyi noyabr-dekabr aylarına təsadüf edəcək.
Futbolçularını mundiala göndərən klublar daxili yarışlardakı fasilə dövründə oyun praktikası qazanmaq üçün turnirə qatılacaq. Artıq turnirin təşkili ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. A seriyasının 20 klubu da yarışda iştirak edəcək.
Qeyd edək ki, Qətərdəki DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.