“Sabah”dan 5 cavabsız qol

“Sabah”dan 5 cavabsız qol

Azərbaycan Premyer Liqasında mövsümün ilk turuna yekun vurulub. Üçüncü oyun günü “Bank Respublika Arena”da başa çatıb.

“Sabah” öz meydanında “Qəbələ”ni sınağa çəkib. Murad Musayevin yetirmələri matçın taleyini ilk 45 dəqiqədə həll edib. Emmanuel Apeh, Anatoli Nuriyev və Aleksey İsayev qonaqların qapısına yol tapıb. İkinci hissədə Coy Lens Mikels və Tellur Mütəllimov fərqi 5 topa çatdırıb – 5:0.

Qeyd edək ki, növbəti turun matçları avqustun 12-14-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Superkuboku “Arsenal” qazandı

Növbəti yazı

Salah üçün 90 milyon avro