“Sabah” vahid lider oldu
Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub. Son oyun günündə bir qarşılaşma baş tutub.
“Qəbələ” “Sabah”ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qalibiyyətlə “Sabah” xallarının sayını 9-a çatdırıb. Paytaxt klubu vahid lider olub.