Benzemadan ilk

Benzemadan ilk


Kərim Benzema “Real”ın heyətində ilk dəfə cərimə zərbəsindən qol vurub. Bu, İspaniya La Liqasının III turunda baş verib.

Fransalı hücumçu “Espanyol”la oyunda dubl edib. 35 yaşlı forvardın son dəqiqələrdə vurduğu qollar “kral klubu”na 3:1 hesablı qələbə qazandırıb.
Kərim qollardan birini cərimə zərbəsindən vurub. Bununla o, 14 ildən sonra ilk dəfə standart vəziyyətdən fərqlənib. Benzema sonuncu dəfə 2008-ci ildə “Lion”da olarkən cərimə zərbəsindən rəqibi mərkəzə dəvət etmişdi.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” vahid lider oldu

Növbəti yazı

“Kəpəz”də istefa