“Sabah” NBA-da çıxış etmiş basketbolçunu heyətinə qatdı

“Sabah” NBA-da çıxış etmiş basketbolçunu heyətinə qatdı

“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib. Bakı təmsilçisi Hassani Qravetti heyətinə qatıb.

O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-də çıxış edən “Orlando Mecik”in heyətində 8 oyuna çıxıb. Son mövsümü Polşanın “Slask” klubunda legioner həyatı yaşayan 27 yaşlı müdafiəçi 40 oyun keçirib.

Zəngin klub təcrübəsinə malik amerikalı basketbolçu ilə 2 illik müqavilə imzalanıb.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz”dən növbəti transfer

Növbəti yazı

“Mançester Yunayted”də yeni müqavilə