“Sabah” – “Beşiktaş” oyununun vaxtı dəqiqləşdi

“Sabah” – “Beşiktaş” oyununun vaxtı dəqiqləşdi

“Sabah” – “Beşiktaş” oyununun vaxtı dəqiqləşib. Bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxtda baş tutacaq xeyriyyə görüşü mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Qarşılaşma saat 18:00-da başlayacaq.

Bu matçdan əldə edilən gəlir Türkiyədəki zəlzələdən zərər görmüş insanlara göndəriləcək. Bu görüşə görə Azərbaycan Premyer Liqasının təqvimində də dəyişiklik olub.

“Sabah”ın “Sumqayıt”la 34-cü turdakı oyununun vaxtı dəyişdirilib. Sumqayıtdakı matç mayın 14-də deyil, 17-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Alkantara üçün mövsüm bitdi

Növbəti yazı

Vlahoviç “Böyük beşlik”də “60”a çatdı