Alkantara üçün mövsüm bitdi
“Liverpul”un futbolçusu Tiaqo Alkantaranın son durumuna aydınlıq gəlib. Ombasında zədə alan ispaniyalı futbolçu əməliyyat olunub.
Mövsümün qalan 5 matçında iştirak edə bilməyəcək 32 yaşlı yarımmüdafiəçi gələn aydan reabilitasiya kurslarına başlayacaq. Onun iyulun 8-də komandaya qoşulması gözlənilir.