“Sabah” 100-cü qolunu vurdu

“Sabah” 100-cü qolunu vurdu

“Sabah” Premyer Liqada 100-cü ev qoluna imza atıb. Bu yubiley qolunun müəllifi Boyan Letiç olub.

O, Azərbaycan Premyer Liqasının 3-cü turunda fərqlənib. Letiç “Neftçi” ilə görüşdə (1:1) komandasının yeganə qoluna imza atıb.

2018/19 mövsümündən Premyer Liqada mübarizə aparan “Sabah” 100-cü qolu 71-ci matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,41-dir.

Qeyd edək ki, “Sabah” çempionatın tarixinə öz meydanında 100 və daha çox qol vuran 22-ci komanda kimi düşüb.

ETOPAZ

Əvvəlki yazı

Bellingem Ronaldoya çatdı

Növbəti yazı

“Kəpəz” “300”ə çatdı