“Səbail”dən yeni rekordlar

“Səbail”dən yeni rekordlar

“Səbail” Azərbaycan Premyer Liqasında ardıcıl 4-cü qələbəsinə imza atıb. “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən Şahin Diniyevin yetirmələri 7-ci turda “Araz-Naxçıvan”ı da xalsız qoyub – 1:0.

Bu, klub tarixində yeni rekorddur. Premyer Liqada 2017/18 mövsümündə debüt edən bakılılar bunadək heç vaxt ardıcıl 4 qələbə qazanmayıb.

“Səbail” həm də cari mövsümün bütün oyunlarında qol vuran yeganə komandadır. Bakılılar startda ardıcıl 7 oyunda meydanı qolsuz tərk etməməklə klub tarixinin rekorduna imza atıb. Əvvəlki rekord 3 il öncə qeydə alınıb. 2020/21 mövsümündə “Səbail” ilk 6 turda qol sevinci yaşayıb.

Paytaxt təmsilçisi ilk 7 turdakı xal və qol sayında da öz rekorduna imza atıb. “Səbail” bu matçlarda 13 xal toplayıb. Paytaxt təmsilçisi 2018/19 və 2019/20 mövsümlərində bu qədər oyunda 10 xal yığmağı bacarıb. Komandanın 7 oyunda 12 qol vurması da klub tarixində yeni rekorddur.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl”dan rekord

Növbəti yazı

“Sumqayıt”ın 5-cisi