“Sumqayıt”ın 5-cisi

“Sumqayıt”ın 5-cisi

Vüqar Mustafayev “Sumqayıt”ın heyətində Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Onun yubileyi Azərbaycan Premyer Liqasının 7-ci turuna təsadüf edib.

29 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”la ev matçına (0:0) kapitan sarğısı ilə çıxıb. Vüqar 2019/20 mövsümündən şərəfini qoruduğu “Sumqayıt”ın heyətində qol hesabını açmayıb. Mustafayev klub tarixində Premyer Liqada 100 və daha çox matç keçirən 5-ci oyunçudur.

Qeyd edək ki, sumqayıtlılar 2011/12 mövsümündən yüksək dəstədə mübarizə aparır.

ETOPAZ

Əvvəlki yazı

“Səbail”dən yeni rekordlar

Növbəti yazı

“Neftçi”də ayrılıq