“Səbail”dən ilk qələbə

“Səbail”dən ilk qələbə

Azərbaycan Premyer Liqasında IV turun ikinci oyun günü start götürüb. Günün ilk matçı Tovuzda baş tutub.

“Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edib. Görüş erkən qolla başlayıb. Aleksandr Ramalinqom qonaqları hesabda önə çıxarıb.

Bakılılar ikinci hissənin əvvəllərində də fərqlənib. Bu dəfə Yusif Nəbiyev qol sevinci yaşayıb.

Meydan sahibləri yalnız qarşılaşmanın sonlarında bu toplardan birinin əvəzini çıxa bilib. Roderik Miller fərqi minimuma endirib. 90-cı dəqiqədə fərqlənən Ağabala Ramazanov fərqi iki topa çatdırıb. Bununla da “Səbail” mövsümdə ilk qələbəsini qazanıb – 3:1.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Mundialların üçüncüsü

Növbəti yazı

Şou 3 ay oynamayacaq