Mundialların üçüncüsü

Mundialların üçüncüsü

Kanada millisinin basketbolçusu Şey Gildjes-Aleksander dünya çempionatları tarixinə düşüb. Müdafiəçi 1992-ci ildən sonra bir matçda 20 xal, 10 ribaund və 5 ötürmə səddini adlayan 3-cü oyunçudur.

NBA təmsilçilərinin dünya çempionatlarında iştiraka başladığı 1992-ci ildən sonra yalnız iki basketbolçu bunu bacarmışdı. Şey isə Fransa ilə matçda (95:65) 27 xal, 13 ribaund və 6 ötürmə ilə yadda qalıb.

Ona qədər çinli Yao Min 2002-ci, serbiyalı Boqdan Boqdanoviç 2019-cu ildə belə uğurla çıxış edib.

Qeyd edək ki, DÇ-2023 sentyabrın 10-da başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Aleksis “İnter”ə döndü

Növbəti yazı

“Səbail”dən ilk qələbə