“Səbail”dən əzmkar qələbə

“Səbail”dən əzmkar qələbə

Azərbaycan Premyer Liqasında XXV turun son günü start götürüb. Günün ilk matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası “Səbail”i qonaq edib. İlk yarıda üstün olan meydan sahibləri iki cavabsız qol vurublar. Urfan Abbasovla Osama Xalayla qonaqların qapısına yol tapıb.

Fasilə ərəfəsində “Qəbələ”nin futbolçusu Lukas Afriko qırmızı vərəqə alıb. Say üstünlüyü qazanan “Səbail” ikinci yarıda bundan yararlanmağı bacarıb. Yusif Nəbiyev, Rüfət Abdullazadə və Nir Bardeanın qolları “Səbail”ə əzmkar qələbə qazandırıb – 3:2.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Vinisius 4 oyunluq cəzalana bilər

Növbəti yazı

Günün kuponu – 04.03.2024