Günün kuponu – 04.03.2024
İnter-Cenoa 1
A seriyasının lideri uğursuz mövsüm keçirən “Cenoa”nı qəbul edəcək. Avrokuboklarla birgə ümumilikdə ardıcıl 11 oyun meydanı qələbəylə tərk edən nedarzuranın heyətində 4 əsas futbolçu matçı kənardan izləyəcək. İtkilərə baxmayaraq meydan sahiblərinin minimal hesablı qələbə qazanacağını düşünürəm.
Nordsyeland-Silkeborq QQ
Danimarka çempionatında “Nordsyeland” rəqibi 3 xal qabaqlayır. Maraqlıdır ki, son üç il ərzində bu komandaların duelində “Nordsyeland” məğlub olub. Səfərdə daha yaxşı təsir bağışlayan “Silkeborq”u xalsız qalacağına inanmıram. Bu oyunda məhsuldar heç-heçə reallaşarsa heç təəccüblənmərəm.
Əl Ain-Əl-Nəssr QQ
Asiya Çempionlar Liqasında pley-off mərhələsi. ¼ finalda ilk oyunu “Əl Ain” evdə keçirəcək. Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi evdə qol vurmaqla yanaşı qapısını toxunulmaz saxlamağa çalışacaq. Güclü heyətə malik “Əl-Nəssrin” səfərdən qolsuz qayıdacağına inanmıram.