Ruud “ATP Finals”da
Dünyanın 8-ci raketkası Kasper Ruud Parisdəki “Masters”in 1/4 finalına yüksəlib. O, üçüncü mərhələdə Markos Gironu məğlub edib – 6:2, 6:1.
Bu, Ruudun cari mövsüm “Masters” turnirlərində beşinci 1/4 finalı olacaq. Norveçli bu mərhələdə almaniyalı Alesksandr Zverevlə görüşəcək.
1/4 finala vəsiqə Kasperi ilin yekun turnirinə daşıyıb. O, Turindəki yarışa vəsiqə qazanan 7-ci tennisçi olub. Ruuddan əvvəl Novak Cokoviç, Danil Medvedev, Stefanos Tsitsipas, Aleksandr Zverev, Andrey Rublyov və Matteo Berrettini “ATP Finals”a qatılmaq hüququ qazanıb. Turnir noyabrın 14-21-də keçiriləcək.