“Qarabağ”dan tarixi uğur

“Qarabağ”dan tarixi uğur

“Qarabağ” Azərbaycan futbolu tarixində ilkə imza atıb. Ağdam klubu avrokubokların qrup mərhələsini adlayan ilk komandamız olub.

Qurban Qurbanovun yetirmələri bunu Konfrans Liqasında gerçəkləşdirib. Qrup mərhələsinin IV turunun ikinci oyununda “Omoniya” (Kipr) və “Bazel”in (İsveçrə) 1:1 hesablı heç-heçə etməsi “Qarabağ”ın növbəti mərhələyə daşıyıb.

Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gələn Azərbaycan klubu ilk iki yerdən birini təmin edib. 10 xalla qrup lideri olan ağdamlılar iki xal geridə qoyduğu “Bazel”lə 1-ci yer üçün mübarizə aparacaq.

Xatırladaq ki, qrup qalibi 1/8 finala, ikinci yerin sahibi pley-offa yüksələcək.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Futbolçularım çox böyük zəfər qazandı”

Növbəti yazı

Ruud “ATP Finals”da