Rudi “Yuta”dan kənar qaldı

Rudi “Yuta”dan kənar qaldı

“Yuta”nın basketbolçusu Rudi Qey mövsüm öncəsi keçirilən oyunları buraxacaq. Buna səbəb hücumçunun bərpa prosesi keçməsidir.

Sol ayağındakı kiçik əməliyyatdan sonra Rudi hələ tam hazır deyil. Bu əməliyyat ötən mövsümün sonunda olsa da, basketbolçu hələ kollektiv məşqlərə başlamayıb.

Hələlik “Yuta”nın oyunlarından və məşqçilərdən kənar qalan forvardın cari çempionatın startına hazır olacağı gözlənilir. Qeyd mövsümlərarası dövrdə “San-Antonio”dan “Yuta”ya keçib. O, üç ili 18,5 milyon dollarlıq müqavilə imzalayıb.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal”ın qol problemi

Növbəti yazı

Premyer Liqa klubunda istefa