Premyer Liqa klubunda istefa
İngiltərənin “Uotford” klubu baş məşqçisi Xiskonu istefaya göndərib. Bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
41 yaşlı ispaniyalı mütəxəssis ötən ilin dekabrından çalışdırdığı klubda təxminən 10 ay qala bilib. Xisko komandanı Çempionşipdən Premyer Liqaya daşısa da, buradakı nəticələr klub rəhbərliyini qane etməyib.
VII turun “Lids”lə səfər matçındakı 0:1 hesablı məğlubiyyət onun bu postda son oyunu olub. 7 oyunda 7 xal toplayan komandanın 14-cü sırada olması baş məşqçinin istefası ilə nəticələnib.