Roys “Borussiya”nı tərk edir
“Borussiya”da ayrılıq baş verəcək. Marko Roys komandanı tərk edəcək.
Bunu klubun mətbuat xidməti açıqlayıb. 2012-ci ildən “sarı-qaralar”ın şərəfini qoruyan 34 yaşlı yarımmüdafiəçi bu qərarı verməyin çətin olduğunu deyib: “Vidalaşmaq çətin olacaq. Biz bütün diqqətimizi qarşıda olan vacib final oyunlarına cəmləyə bilərik. Böyük məqsədimiz var, hamımız birlikdə buna nail olmaq istəyirik”.