Ronaldodan “Bentley” hədiyyə

Ronaldodan “Bentley” hədiyyə

Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigesə yeni hədiyyə bağışlayıb. 36 yaşlı hücumçu əkiz uşaq gözləyən xanımına yeni “Bentley avtomobili hədiyyə edib.

Corcina yeni avtomobili ilə birlikdə çəkdirdiyi şəklini instaqram hesabında paylaşıb. Rodriges ag kürkdə timsah dərisindən çanta ilə avtomobilin önündə şəkil çəkdirib.

Qeyd edək ki, 5 ildir birlikdə olan cütlüyün qızı Alana üç yaşındadır. Ronaldonun 11 yaşlı Kriştiano-Junior, 4 yaşlı əkizlər Yeva və Mateo adlı uşaqları da var.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”in baş məşqçi postuna yeni namizəd

Növbəti yazı

“Bavariya”nın hücumçusu koronavirusa yoluxdu