“Bavariya”nın hücumçusu koronavirusa yoluxdu
Almaniyanın “Bavariya” klubunun daha bir futbolçusu koronavirusa yoluxub. Bunu Münhen təmsilçisinin rəsmi saytı açıqlayıb.
Erik-Maksim Çupo-Motinqin koronavirus testi müsbət nəticə verib. 32 yaşlı hücumçu karantinə alınıb. Kamerunlu futbolçunun durumu qənaətbəxşdir.