Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə anlaşdı

Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə anlaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo 2023-cü ildən “Əl-Nəsr”in şərəfini qoruyacaq. İspaniyanın “Marka” nəşri 37 yaşlı hücumçunun Səudiyyə Ərəbistanı klubu ilə anlaşdığını iddia edir.

Bildirilir ki, Ronaldo yanvarın 1-dən Asiya təmsilçisinin formasını geyinəcək. 2,5 mövsümlük müqavilə imzalayan forvard ildə 200 milyon avro qazanacaq.

Qeyd edək ki, “Mançester Yunayted”lə müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilən forvard azad agent statusuna malikdir.

ETOPAZ

Əvvəlki yazı

İngiltərədən rekord

Növbəti yazı

Jiru “Milan”da qalacaq