Jiru “Milan”da qalacaq
Fransa millisinin futbolçusu Olivye Jirunun gələcək taleyinə aydınlıq gəlib. Hücumçu şərəfini qoruduğu “Milan”da qalacaq.
O, İtaliya klubu ilə yeni müqavilə imzalayacaq. Tərəflər DÇ-2022-dən sonra anlaşmanı rəsmiləşdirəcək.
Qeyd edək ki, 2021-ci ildə “Milan”a keçən Jiru 57 oyunda 23 qol vurub.