Ronaldo Premyer Liqada “200”ə çatdı

Ronaldo Premyer Liqada “200”ə çatdı

Kriştiano Ronaldo İngiltərə Premyer Liqasında 200-cü oyununu keçirib. “Mançester Yunayted”in portuqaliyalı ulduzunun yubileyi VII tura təsadüf edib.

Hücumçu “Everton”la matçın 57-ci dəqiqəsində meydana daxil olub. Antoni Marsialın qolu ilə hesabda önə çıxan mançesterlilər qarşılaşmadan xal itkisi ilə ayrılıb – 1:1.

Ronalda “qırmızı şeytanlar”ın heyətindəki Premyer Liqanın 200 matçında 87 qol vurub və 45 assistə imza atıb.


Xatırladaq ki, bu yay “Mançester Yunayted”ə keçən Ronaldo 2003-09-cu illərdə də bu komandanın şərəfini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

“Leykers” “Bruklin”lə ulduzlarsız oynayacaq

Növbəti yazı

Marko Roys “Borussiya” tarixinə düşdü