Ronaldo Messini arxada qoydu

Ronaldo Messini arxada qoydu

Kriştiano Ronaldo daha bir uğura imza atıb. O, penaltilər istisna olmaqla, vurulan qolların sayında Lionel Messini qabaqlayıb.

“Əl Nəsr”in forvardı Səudiyyə Ərəbistanı Premyer Liqasının 20-ci turunun “Əl Fateh”lə oyunun 17-ci dəqiqəsində hesabı açıb. Bununla da, superulduz oyundan 714-cü dəfə fərqlənib. “İnter Mayami”də çıxış edən argentinalının aktivində isə 713 belə qol var.

ETOPAZ

Əvvəlki yazı

Bayılda iki dubl

Növbəti yazı

“Mançester Siti”nin seriyası başa çatdı