Bayılda iki dubl

Bayılda iki dubl

Azərbaycan Premyer Liqasında XXIII turun ilk oyun günü başa çatıb. Turun ikinci matçı Bayılda baş tutub.

Turnir cədvəlindəki qonşuların duelində “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib. Məhsuldar keçən görüşdə dörd qol vurulub.

Meydan sahibləri Aleksandr Ramalinqomun qolu ilə hesabı açıblar. Fasiləyədək iki qola sevinən Naxçıvan təmsilçisinin bombardiri Orxan Əliyev dublu rəsmiləşdirib. Bakılılar məğlubiyyətdən Ramalinqomun ikinci qolu ilə qaçıblar. İki dublun qeydə alındığı matçda heç-heçə bitib – 2:2.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. Təxirə salınan bir qarşılaşma isə fevralın 28-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” “Böyük beşlik”də hamını qabaqladı

Növbəti yazı

Ronaldo Messini arxada qoydu