Ronaldo hamıdan öndə

Ronaldo hamıdan öndə

21-ci əsrdə ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb. İFFHS-in cədvəlinə Kriştiano Ronaldo başçılıq edir.

Portuqaliyalı hücumçu böyük üstünlüyə malikdir. 1145 rəsmi matça çıxan 38 yaşlı forvard ən yaxın izləyicisini 112 oyun qabaqlayır.

Dani Alvesin ikinci olduğu siyahıda Lionel Messi üçüncü sıradadır. Yalnız bu üç futbolçu 1000-dən çox görüşə çıxıb.

1. Kriştiano Ronaldo (Portuqaliya) – 1145

2. Dani Alves (Braziliya) – 1033

3. Lionel Messi (Argentina) – 1003

4. İker Kasilyas (İspaniya) – 974

5. Joao Moutinyo (Portuqaliya) – 958

6. Zlatan İbrahimoviç (İsveç) – 948

7. Luka Modriç (Xorvatiya) – 947

8. Yasuhito Endo (Yaponiya) – 941

9. Xavi (İspaniya) – 937

10. Serxio Ramos (İspaniya) – 935

ETOPAZ

Əvvəlki yazı

NBA-da yeni rekord

Növbəti yazı

İlin rəmzi komandası