NBA-da yeni rekord
NBA-da növbəti oyunlar keçirilib. “Mayami” “Oklahoma” ilə qarşılaşıb.
“Hit” bu matçda 112:111 hesablı qələbə qazanıb. Görüş NBA-nın yeni rekordu ilə əlamətdar olub.
Mayami təmsilçisi 40 cərimə atışının hamısında dəqiq olub. Bu, yarışın tarixində ən yüksək göstəricidir.
Bunadək rekord “Yuta”ya məxsus idi. “Cazz” 1982-ci il dekabrın 7-də “Portlend”lə oyunda 39 cərimə atışında yüzfaizlik nəticə göstərib.